Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Camal
Ələsgərov Ceyhun Camal oğlu 1 dekabr 1958-ci ildə Ağdam rayonunda doğulmuşdur. 1965-ci ildə Ağdam rayon 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Bakı Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdur. 1981-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə Gəncə Yağ-Piy Kombinatının Yağ zavoduna sex rəisi təyin olunmuşdur. 1996-cı ildən Gəncə Qənnadı fabrikində baş mühəndis vəzifəsində çalışmışdır. 2016-cı ildən “AzərAlüminium” MMC-də növbə rəisi kimi fəaliyyət göstərmişdir. Ailəli, 2 övlad atası idi.
Gəncə sakini Ceyhun Ələsgərov 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ələsgərov Ceyhun Camal oğluna şəhid statusu verilmişdir.
Sakit xasiyyətli, mərhəmətli, övladlarını, ailəsini, işini sevən insan idi.
Ata: Ələsgərov Camal Şükür oğlu Ana: Ələsgərova Pəri İsmayıl qızı Qardaş: Ələsgərov Adil Camal qızı Bacı: Ələsgərova Elza Camal qızı Bacı: Ələsgərova Aygün Camal qızı Həyat yoldaşı: Ələsgərova Təranə Paşa qızı Oğlu: Ələsgərov Ülvi Paşa oğlu