Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ceyhun
Ələsgərov Ülvi Ceyhun oğlu 23 iyul 1990-cı ildə Gəncə şəhərində doğulmuşdur. 1997-ci ildə Gəncə şəhər 32 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2010-2015-ci illərdə Gəncə Qənnadı fabrikində, 2015-2019-cu illərdə isə Gəncə şəhər Şəhidlər xiyabanının mühafizə xidmətində çalışmışdır. Subay idi.
Ələsgərov Ülvi 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində atası Ələsgərov Ceyhun və anası Ələsgərova Təranə ilə birlikdə həlak olmuşdur. Gəncə sakini Ələsgərov Ülvi 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşi tutulması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ələsgərov Ülvi Ceyhun oğluna şəhid statusu verilmişdir.
Mehriban,gülərüz, təmiz ürəkli, xoş izlər qoymağı sevən insan idi.
Ata: Ələsgərov Ceyhun Camal oğlu Ana: Ələsgərova Təranə Paşa qızı