Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Paşa
Ələsgərova Təranə Paşa qızı 28 yanvar 1965-ci ildə Gəncə şəhərində doğulmuşdur. 1972-ci ildə Gəncə şəhər 20 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.1980-ci ildə Gəncə Musiqi Texnikomunda (indiki Gəncə Musiqi Kolleci) Xalq çalğı alətləri fakultəsinin “Kamança” ixtisası üzrə təhsil almışdır.1987-1995-ci illərdə Ələsgərov Ceyhun Camal oğlu ilə ailə həyatı qurmuş, elə həmin ildən Gəncə Yağ-Piy Kombinatında laborant vəzifəsində çalışmağa başlamışdır. Ailəli, iki övlad anası idi.
Ələsgərova Təranə 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ələsgərova Təranə Paşa qızına şəhid statusu verilmişdir.
Mehriban, qayğıkeş, xoş xasiyyətli, xanım-xatın ana və həyat yoldaşı olub.
Ana: Cəlilova Tamara Davud qızı Qardaşı: Cəlilov Xaliq Paşa oğlu Həyat yoldaşı: Ələsgərov Ceyhun Camal oğlu Oğlu: Ələsgərov Ülvi Ceyhun oğlu