Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Qüdrət
Cəlil Əliyev 12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil almışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Oktyabrın 22-də Hadrut döyüşlərində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cəlil Əliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cəlil Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cəlil Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, vətənpərvər, mehriban, qoçaq, səmimi bir insan idi.
Ana: Əliyeva Reyhan Əlibaba qızı Bacı: Əliyeva Mələk Qüdrət qızı