Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Elnur
Eltun Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. O, 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. Eltun cəbhənin Tərtər istiqamətində yerləşən N saylı hərbi hissədə - ön xətdə baş atıcı olaraq xidmət edib. Sərrast atıcılığına görə onun şəkli hərbi hissədə şərəf lövhəsinə vurulmuşdu.
Sentyabrın 27-də Vətən müharibəsinə qatılıb. O, ən şiddətli döyüşlərin getdiyi Füzuli, Cəbrayıl və Suqovuşanda vuruşub. Hamı kimi Eltunun da bir amalı var idi - işğal altında olan torpaqlarımızı yağı düşmənin tapdağından azad etmək. Döyüş yoldaşları deyir ki, təbiətcə sakit insan olan Eltun döyüşlərdə böyük cəsarət, qəhrəmanlıqlar göstərib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Eltun Əliyev "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ərköyün, böyük ürəkli, döyüşkən, mərd, anasını həddindən çox sevən, vətənpərvər insan olub.
Ata: Əliyev Elnur Heydər oğlu Ana: Əliyeva RimaNuriddin qızı Qardaş: Əliyev Fərid Elnur oğlu