Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: İlham
Fərhad İlham oğlu 7 sentyabr 1993-cü ildə anadan olub. Ailənin tək övladı olan Fərhadın hələ heç bir yaşı tamam olmamış atası rəhmətə getdiyindən onu anası tək böyüdüb. Fərhad 9-cu sinfə kimi 20 saylı məktəbdə təhsil alıb. Daha sonra Bakı İdarəetmə Kollecində təhsilini davam etdirib. Naftalan şəhərində hərbi xidmətini başa vurduqdan sonra yolunu yenə də hərbidən salıb. Fərhad 877-ci hərbi hissədə MAXE kiçik çavuş kimi xidmət edib.
Kiçik çavuş Əliyev Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində bir neçə adsız yüksəkliyin ələ keçirilməsində, eləcə də Füzuli rayonunun Kürdlər, Yuxarı Abdurrəhmanlı, Gecəgözlü kəndlərinin alınmasında xüsusi rolu olub. Qəhrəmanımız oktyabrın 20-də Füzuli rayonu Gecəgözlü kəndində düşmən üzərinə hücuma keçərkən həlak olub. Nəşi neytral zonada qaldığından yalnız 29 gün sonra oradan çıxarmaq mümkün olub. Şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Fərhad Əliyev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fərhad Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsarətli, cəsur insan olub.
Ana: Vahabova Tacə Abbas qızı Nənə: Vahabova Urqiyyə Bibiqulu qızı