Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Sovet
Mehman Əliyev 1977-ci ilin sentyabr ayının 4-də Tərtər şəhərində anadan olub. 1991-ci ildə Tərtər rayon Uşaq Musiqi Məktəbini, 1996-cı ildə Ü.Hacıbəyli adına Ağdam Musiqi Texnikomunu qarmon ixtisasları üzrə bitirib. Tərtər rayon Uşaq Musiqi Məktəbində müəllim kimi çalışıb.
Mehman Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 28 sentyabr tarixində şəhid olub. Tərtərdə şəhərində dəfn olunub.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Həyat yoldaşının dediyinə görə çox ailəcanlı, vətənpərvər, mehriban bir şəxs idi.
Həyat yoldaşı: Əliyeva Aynurə Vaqif qızı Qızı: Əliyeva Nuranə Mehman qızı Qızı: Əliyeva Ceyhunə Mehman qızı Oğlu: Əlizadə Məhəmməd Mehman oğlu