Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Bəxtiyar
Əliyev Şəhriyar Bəxtiyar oğlu 1997-ci il avqust ayının 5 -də Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Şəhriyar Əliyev orta təhsilini Bakı şəhəri 307 nömrəli tam orta məktəbində almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Əliyev Şəhriyar Bəxtiyar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Əliyev Şəhriyar Bəxtiyar oğlu Bakıxanov Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əliyev Şəhriyar Bəxtiyar oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, igid, Cəsur
Ata: Əliyev Bəxtiyar Qurbanəli oğlu Bacı: Əliyeva Sənubər Bəxtiyar qızı