Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Qoşqar
Əliyev Tunar Qoşqar oğlu 22 may 1999-cu ildə Gəncə şəhərində doğulmuşdur. 2005-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-ci ildə orta təhsilini başa vurmuşdur. 2018-2019-cu illərdə həqiqi hərbi çağırılmış, MN-in “N” saylı hərbi hissəsində xidmətdə olmuşdur. Hərbi xidmət zamanı “Təşəkkürnamə” ilə təltif edilmiş, ona kiçik çavuş rütbəsi verilmişdir. Gəncədə fəaliyyət göstərən kafelərin birində adminstrator vəzifəsində çalışmışdır.
Gəncə sakini Əliyev Tunar 4 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əliyev Tunar Qoşqar oğluna şəhid statusu verilmişdir.
Mehriban, gülərüz insan idi
Ata: Əliyev Qoşqar Novruz oğlu Ana: Əliyeva Validə İsrayıl oğlu Bacı: İsmayılova Lamiyə Qoşqar qızı Bacı: Əlizadə Əfsanə Qoşqar qızı