Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ramiz
Əliyev Vahıb Ramiz oğlu 1997-ci il mart ayının 24- də Sabirabad rayonu Bulduq kəndində anadan olmuşdur. 2014-cü ildə Sabirabad rayonu Bulduq kənd tam orta məktəbini müvəffəqiyyətlə başa vurmuşdur.
Vahıb Əliyev 2015-ci ilin iyun ayında Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Vahıb hərbi xidmətini Gəncə, Qazax və Ağstafa bölgələrində keçmişdir. Komandirləri həmişə ondan razılıqlar edib. Vahıb ailədə 4 bacının tək qadaşı olub. 2020-ci il sentyabr ayının 27-də könüllü olaraq Vətən müharibəsinə yola düşüb. İlk döyüş yeri Füzuli istiqamətində olub. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Son döyüşü Qubadlıya girən zaman olub. Vahıb Əliyev 4 noyabr 2020- cil ildə Qubadlı istiqamətində gedən ağır döyüşlərdə şəhadətə yüksəlir.
Əliyev Vahıb Ramiz oğlu Azərbaycan Respublikasının Prezidenti-İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” və “cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əliyev Vahıb Ramiz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
El-obasına bağlı oğul olub.
Ata: Əliyev Ramiz Kamran oğlu Ana: Əliyeva Dilfudə Sabir qızı