Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Əlixan
Xəyyam Əliyev 17 dekabr 1990-cı ildə Bakı şəhərində anadan olub. Milli Aviasiya Akademiyasında təhsil alıb. Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmət edib.
Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kapitanı olan Xəyyam Əliyev 30 noyabr 2021-ci ildə Sərhəd Xidmətinin (DSX) “Mi-17” tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində şəhid olan kapitan Xəyyam Əliyev Əmircan qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əliyev Xəyyam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər və mərd insan olub.
Ata: Əliyev Əlixan Fərman oğlu Ana: Əliyeva Nailə Tofiq qızı Qardaş: Əliyev Fərman Əlixan oğlu Həyat yoldaşı: Əlixanzadə Xəyalə Hüseyn qızı Oğlu: Əlixanzadə Əlixan Xəyyam oğlu