Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Əziz
Əliyeva Afaq Əziz qızı 1957-ci il sentyabrın 27-də Gəncə şəhərində doğulmuşdur. 1964-cü ildə Gəncə şəhər 32 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1972-ci ildə həmin məktəbi bitirərək keçmiş Bakı Politexnik Texnikumunda təhsilini davam etdirmişdir. Elə həmin ildən də Gəncə Qənnadı fabrikində əmək fəaliyyətinə başlamışdır. Daha sonra isə Gəncə Xalça Kombinatında işləmiş, 1992-ci ildə işdən ayrılmışdır. 1989-cu ildə ailə həyatı qurmuşdur. 2011-ci ildə Gəncə “Gil-Torpaq” İstehsalat Birliyində nəzarətçi vəzifəsində çalışmağa başlamış, 2012-ci ildən əmək fəaliyyətini Gəncə Aviasiya Təmiri Zavodunda davam etdirmişdir. İki övlad anası idi.
Gəncə sakini Əliyeva Afaq 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində oğlu Əliyev Adil və gəlini Əliyeva Günay ilə bərabər həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əliyeva Afaq Əziz qızına şəhid statusu verilmişdir.
Sakit xasiyyətli, mehriban, səmimi, ailəcanlı, dininə bağlı insan idi.
Ata: Abbasov Əziz Ana: Abbasova Sinduz Bacı: Abbasova Şəfəq Əziz qızı Bacı: Abbasova Yaqut Əziz qızı Bacı: Abbasova Aygül Əziz qızı Bacı: Abbasova Xatirə Əziz qızı Bacı: Abbasova Kəmalə Əziz qızı Həyat yoldaşı: Əliyev Həmzə Adil oğlu Qızı: Qasımova Nərgiz Həmzə qızı Oğlu: Əliyev Adil Həmzə oğlu