Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Elçin
Adəm Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub. Əslən rayonun Papravənd kəndindəndir.
2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, o xidmətini 112 saylı hərbi hissədə başlayıb. Xidmətini 2019-cu ildə başa vurub. 15 iyul 2020-ci ildə xidmətə qəbul olunub və tuşlayıcı kimi xidmətə başlayıb. Sonra manqa komandiri olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Adəm Əmirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qorxusuz, mərd, cəsur, vətənpərvər, mehriban, ailəcanlı idi.
Ata: Əmirov Elçin Ramiz oğlu Ana: Əmirova Südabə Məzahir qızı Qardaş: Əmirov Fərid Elçin oğlu Bacı: Əmirli Nurlanə Elçin qızı