Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Cəmaləddin
Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçalanın Tatarməhlə kəndində anadan olub. 1995-ci ildə Neftçala şəhər 1 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinə qəbul olub.
1999-cu ildə BDU-nin İqtisadiyyat fakültəsini bitirib. Universitetdə hərbi kafedrada oxuyaraq leytenant rütbəsi alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub və xidmətini baş leytenant kimi başa vurub. 2007-ci ilə qədər Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsində işləyib 2008-2014-cü illərdə "Texnika bank"da, 2014-2016-cı illərdə "Finca" kredit təşkilatında və 2020-ci ilə qədər digər təşkilatların məsul vəzifələrində çalışıb.
21 sentyabr 2020-ci ildə başlayan hərbi təlimlərə sonradan isə 27 sentyabrda başlayan Vətən müharibəsinə qatılıb. Cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" "Füzulinin azad olunmasına görə" medallları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
2007-ci ildə Ülkər adlı xanımla ailə qurub. Camaləddin, İslam və Selin adlı övladları var
Əsəd çox mehriban, alicənab insan idi. O, hamının hörmətini qazanmışdır.
Ata: Əsədov Cəmaləddin Əsədulla oğlu Ana: Əsədova Balacaxanım Əbülfəz qızı Qardaş: Əsədov Elsəvər Cəmaləddin qızı Həyat yoldaşı: Əsədova Ülkər Bəhrəm qızı Oğlu: Əsədov Cəmaləddin Əsəd oğlu Oğlu: Əsədov İslam Əsəd oğlu Qızı: Əsədova Selin Əsəd qızı