Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Suliddin
Əsgərov Bəxtiyar Suliddin oğlu 1980-ci il 28 dekabr tarixində Gəncə şəhərində doğulmuşdur. 1997-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 1999-2000-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ildə ailə həyatı qurmuşdur. İki övlad atası idi.
Əsgərov Bəxtiyar 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində yaxın qohumları Əsgərov Suliddin, Əsgərova Narin, Əsgərova Nigar və Əsgərova Sevil ilə birlikdə həlak olmuşdur. Gəncə sakini Əsgərov Bəxtiyar 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əsgərov Bəxtiyar Suliddin oğluna şəhid statusu verilmişdir.
Ailəsini sevən insan idi, işi ilə məşğul olardı, hər kəs tərəfindən çox sevilirdi.
Ata: Əsgərov Suliddin İsmayıl oğlu Ana: Əsgərova Silduz Məşədihəsən qızı Bacı: Əsgərova Sudabə Suliddin qızı Qardaş: Əsgərov Rövşən Suliddin oğlu Bacı: Əsgərova Sevil Suliddin qızı Həyat yoldaşı: Əsgərova Türkan Mövsüm qızı Oğlu: Əsgərov Elcan Bəxtiyar oğlu Oğlu: Əsgərov Suliddin Bəxtiyar oğlu