Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Zakir
Əsgərov Ələsgər Zakir oğlu 1997-ci il may ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. Ələsgər Əsgərov orta təhsilini Naxçıvan şəhəri Hüseyn Cavid adına 5 saylı orta məktəbində aldıqdan sonra Sumqayıt Dövlət Universitetinə qəbul olmuşdur.
Əsgərov Ələsgər Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis alayının qulluqçusu Ələsgər Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Mərd, vətənpərvər insan idi.
Ata: Əsgərov Zakir Ələsgər oğlu Ana: Əsgərova Tavat Əli qızı Bacı: Allahverdiyeva Nərgiz Zakir qızı Bacı: Kərimova Elvira Zakir qızı