Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: İsmayıl
Əsgərov Suliddin İsmayıl oğlu 1948-ci ildə dekabrın 25-də Gəncə şəhərində doğulmuşdur. 1955-ci ildə Gəncə şəhər 15 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1963-cü ildə həmin məktəbi bitirmişdir. Uzun illər montyor-elektrik vəzifəsində çalışmışdır. 1985-ci ildən 2000-ci ilə qədər Gəncə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında gözətçi vəzifəsində çalışmışdır. Ailəli idi. Dörd övlad atası idi.
Əsgərov Suliddin 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində oğlu Əsgərov Bəxtiyar, qızı Əsgərova Sevil, nəvələri Əsgərova Narin və Əsgərova Nigar ilə birlikdə həlak olmuşdur.
Gəncə sakini Əsgərov Suliddin 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əsgərov Suliddin İsmayıl oğluna şəhid statusu verilmişdir.
Xoşxasiyyətli, ailəcanlı, övladını və nəvələrini çox sevərdi. Qohumları tərəfindən çox sevilirdi.
Qardaş: Əsgərov Firuddin İsmayıl oğlu Bacı: Əsgərova İradə İsmayıl qızı Bacı: Əsgərova Əsmayə İsmayıl qızı Bacı: Əsgərova Bağdad İsmayıl qızı Bacı: Əsgərova Dilbər İsmayıl qızı Həyat yoldaşı: Əsgərova Silduz Həsən qızı Qızı: Əsgərova Südabə Suliddin qızı Oğlu: Əsgərov Rövşən Suliddin oğlu Oğlu: Əsgərov Bəxtiyar Suliddin oğlu Qızı: Əsgərova Sevil Suliddin qızı