Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Elmar
Eyvazov Samir Elmar oğlu 1995-ci ilin sentyabr ayının 22-də Tovuz rayon Bozalqanlı kəndində anadan olub. O, Tovuz rayon Bozalqanlı kənd orta məktəbini bitirib.
2021-ci il mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində Baş leytenant Samir Eyvazov yaralanıb. Hərbi qulluqçu dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatını xilas etmək mümkün olmayıb. Baş leytenant Samir Eyvazov Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Eyvazov Samir Elmar oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Eyvazov Samir Elmar oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Eyvazov Elmar Binnət oğlu Ana: Aeyvazova Vəfa Vəzir qızı Bacı: Eyvazova Eldanə Elmar qızı Həyat yoldaşı: Eyvazova Zümrüd Ceyhun qızı Oğlu: Eyvazov Elmir Samir oğlu