Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Bəxtiyar
Eyyubov Murad Bəxtiyar oğlu 10 yanvar 2005-ci ildə Kürdəmir rayonunda anadan olub. Kürdəmir şəhər 5 saylı tam orta məktəbində orta təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eyyubov Murad Bəxtiyar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.
Kürdəmir Şəhidlər Xiyabanında dəfn edilib.
Atası Eyyubov Bəxtiyar – Murad uşaq yaşlarından mənə oxşamaq, mənim kimi hərbi həyatını yaşamaq, mavi beretli xüsusi təyinatlı olmaq istəyirdi. Əsgərlik həyatında da nümunəvi bir əsgər, döyüş vaxtı isə döyüş yoldaşlarının və komandirlərinin danışdığına görə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Hətta döyüş əsnasında yaralansa da yenidən döyüşə qayıdıb. Komandiri əmr etsə də ki, yaralısan, belə vəziyyətdə döyüşə bilməzsən, o qulaq asmayıb döyüşə davam etmişdir. Sonradan komandiri bunları bizə danışaraq onun necə qəhrəman, necə vətənpərvər övlad olduğunu və bizim onunla fəxr etməli olduğumuzu dedi. Əlbəttə ilk övladımız idi Murad, onu böyüdüb boya-başa çatdırana qədər nə qədər əziyyətlər çəkmişik, bizim üçün ağır olsa da bunları yada salmaq, vətənin də dar günündə belə oğullar vətənin köməyinə çatır...Onun yoxluğuna dözə bilməsək də, həmişə onunla fəxr edəcəyik...
Ata: Eyyubov Bəxtiyar Bayram oğlu Ana: Eyyubova Şahnaz Elbrus qızı Qardaş: Eyyubov Əmrah Bəxtiyar oğlu Qardaş: Eyyubov Cavad Bəxtiyar oğlu Nənə: Eyyubova Nəzakət Xeyrulla qızı