Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Əvəz
Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.
Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2018-ci il tarixli 417 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Həyat yoldaşının sözlərinə görə Elçin Əzizov yardımsevər, mehriban biri idi. Başqalarının problemlərinə, ehriyaclarına göz yuma bilmirdi heç vaxt. Hərbi xidmətdə olduğu müddətdə Azərbaycanın Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovla birlikdə döyüş yolu keçiblər.
Ata: Əzizov Əvəz Baha oğlu Ana: Əhmədova Mələk Oruc qızı Həyat yoldaşı: Orucova Sevda Vaqif qızı Bacı: Əzizova İmarət Əvəz qızı Qardaş: Əzizov Cavid Əvəz oğlu Oğlu: Əzizli Yusif Elçin oğlu Qızı: Əzizli Duyğu Elçin qızı Oğlu: Əzizli Uğur Elçin oğlu