Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Vidadi
Raqib Vidadi oğlu Əzizov 29 avqust 1991-ci ildə Masallı rayonunun Yolağac kəndində dünyaya göz açıb. 1997-2008-ci illərdə Yolağac kənd tam orta məktəbində təhsil alıb. 2009-cu ilin oktyabr ayının 4-də müddətli həqiqi hərbi xidmətə yollanıb və xidmətinə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində başıayıb. 2011-ci ilin aprelin 4-də Hərbi Dəniz Qüvvələrinin “N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurub. 2012-ci ilin noyabrın 21-dən 2013-cü il aprel ayının 26-na kimi Silahlı Qüvvələrin Təlim-Tədris məktəbində təhsil alıb. 2013-cü il aprel ayından başlayaraq Müdafiə Nazirliyinin «N» saylı hərbi hissələrində xidmətini davam etdirib, bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində çalışıb.
Azərbaycan Ordusunun giziri Raqib Əzizov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmənə qarşı vuruşmuşdur. Gizir Raqib Əzizov dekabrın 8-də Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhid gizir Raqib Vidadi oğlu Əzizov 9 dekabr 2020-ci il tarixdə doğulduğu Yolağac kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.
Raqib Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın zad olunmasına görə” medalları ilə medalları təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyününbərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlikgöstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifəborcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Raqib Vidadi oğlu Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətəgörə” ordeni ilə təltifedilib.
Ata: Əzizov Vidadi Xankişi oğlu Ana: Əzizova Xətmirə Musaxan qızı Qardaş: Əzizov Xalid Vidadi oğlu Bacı: Əzizova Əsmayə Vidadi qızı Həyat yoldaşı: Əzizova Bahar Rza qızı Oğlu: Əzizov Rahid Raqib oğlu Qızı: Əzizova Ayan Raqib qızı