Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Elnur
Fərzəliyev Emin Elnur oğlu 22 dekabr 1998-ci ildə Ağcabədi rayonunda anadan olub. Ağcabədi şəhəri M.F.Axundov adına 3 saylı orta məktəbdə təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Fərzəliyev Emin Elnur oğlu Ermənistanın sərhəddə törətdiyi təxribatların qarşısını alarkən şəhid olub. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Emin Fərzəliyev III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Emin Fərzəliyev “Vətən uğrunda” medalı ilə tətif edilib.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Fərzəliyev Elnur Vəzir oğlu Ana: Fərzəliyeva Xəyalə Arif qızı Bacı: Fərzəliyeva Aydan elnur qızı