Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Nizami
Fizuli Nizami oğlu Həbibi 8 mart 1995-ci ildə Cəlilabad şəhərində anadan olub. 2012-ci ildə Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyində orta təhsil almışdı. 2013-cü ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb, 2014-cu ildə əsgərlik borcunu yerinə yetirmişdir.
Torpaqlarımızın azğın düşməndən geri alınması uğrunda Vətən müharibəsi başlayanda bütün vətənpərvər oğullarımız kimi Füzuli də sentyabrın 29-da könüllü olaraq cəbhəyə getmişdi. O, erməni hərbi birləşmələrinə qarşı mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının və Suqovuşanın alınmasında şücaət göstərmişdir. Həbibi Füzuli Nizami oğlu 31 oktyabr 2020-ci ildə Qubadlı ətrafında gedən döyüşlərdə son damla qanınadək vuruşmuş, qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Ailəcanlı, mehriban, dostcanlı, səmimi insan olub.Vətənini çox sevirdi.
Ata: Həbibli Nizami Fazil oğlu Ana: Həbibova Azadə Yaşar qızı Qardaş: Həbibi Məhəmməd Nizami oğlu Qardaş: Həbibi Samir Nizami oğlu