Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Mircəlil
Elmir Həsənov 1988-ci il 15 dekabrda Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olmuşdur. 1995-ci ildə Göytəpə şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə həmin məktəbin məzunu olmuşdur. Məktəbdən məzun olduqdan sonra o zamankı Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına qəbul olub. Sonradan təhsilini aviasiya sahəsi üzrə dəvam etdirmişdir. 2015-ci ildə bu sahə üzrə xidmətə başlamışdır. Ailədə 3 qardaş olublar. Hər üç qardaş Vətən müharibəsində iştirak etmiş, Ali Baş Komandan tərəfindən medallar ilə təltif olunmuşlar. Digər 2 qardaşı hal-hazırda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi qulluqdadır.
2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır. Xidmətdə olduğu müddətdə mayor rütbəsinə qədər qalxmışdır. 2-ci Qarabağ müharibəsi və ya Vətən müharibəsi adı ilə yadda qalan müharibədə iştirak etmiş, buna görədə 2 müxtəlif medal ilə təltif edilmişdir. 2021-ci il 30 noyabrda Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna enişi zamanı helikopterin qəzaya uğraması nəticəsində digər 13 nəfər ekipaj üzvü ilə birlikdə həlak olmuşdur.
Vətənpərvər, peşəsini sevən, intizamlı, mehriban, ailəcanlı insan olduğu bildirilir.
Ata: Həsənov Mircəlil Mərdalı oğlu Ana: Həsənova Sevda Nurəli qızı Qardaş: Həsənov Elgün Mircəlil oğlu Qardaş: Həsənov Mərdalı Mircəlil oğlu Həyat yoldaşı: Həsənova Günel İsmayıl qızı Qızı: Həsənli Nuray Elmir qızı Qızı: Həsənli Elay Elmir qızı