Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Tapdıq
Musa Tapdıq oğlu Həsənov 24 noyabr 1995-ci ildə Mingəçevirdə doğulub. Orta məktəbi başa vurduqdan sonra Musa əvvəlcə Mingəçevir Texniki liseyinin, sonra isə Mingəçevir Turizm Kollecinin məzunu olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra qida sektorunda çalışmağa başlayıb.
21 sentyabr 2020-ci ildə Hərbi Komissarlıq tərəfindən hərbi vəzifəlilərin təlim toplantısına çağırılıb. Musa təlim toplantısına gedərkən ailəsiylə görüşə bilmir. Çünki çağırış gələndə iş yerində olur və son olaraq da müdiriylə görüşüb gedir. Hətta müdirinə gülümsəyərək, zarafatla "deyəsən, mən getməsəm, bu torpaqlar alınmayacaq" - deyir. Musa Tapqaraqoyunlu, Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib. Ailəsiylə son danışığı sentyabrın 28-də olub. Sentyabrın 29-u Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi isə noyabrın 4-də neytral ərazidən çıxarılaraq ailəsinə təhvil verilib, elə həmin gün dəfn edilib.
Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunması uğrunda” və “Vətən uğrunda" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Musa Həsənovun qardaşı Tural Həsənov da İkinci Qarabağ Müharibəsində şəhid olub.
Mərd, cəsur, qoçaq insan olub.
Ata: Həsənov Tapdıq Ana: Həsənova Nəhayət Qardaş: Həsənov Tural Tapdıq oğlu (Vətən müharibəsi şəhidi)