Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Rəşid
Təbriz Rəşid oğlu Həsənov 25 avqust 1994-cü ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olub. 2001-ci ildə Bərdə rayonu Ə.Dadaşov adına Xanağalı kənd tam orta məktəbinə daxil olub, 2012-ci ildə isə həmin məktəbin məzunu olub. 2001-ci ildə Bərdə rayonu Ə.Dadaşov adına Xanağalı kənd tam orta məktəbinə daxil olub, 2012-ci ildə isə həmin məktəbin məzunu olub.
Tank tağımının tuşlayıcı-operator vəzifəsini icra edən Təbriz Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edib. 2 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Təbriz Həsənov ölümündən sonra Prezidentin Sərəncamına əsasən “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Təbriz Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, mərd, mehriban, vətənə bağlı olub.
Həyat yoldaşı: Həsənova Nuranə Etibar qızı Oğlu: Həsənli Səxavət Təbriz oğlu Oğlu: Həsənli Cəsur Təbriz oğlu