Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Məhəmməd
Zabil Həsənov 1983-cü ilin iyun ayının 1-də Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.
Zabil Həsənov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində oktyabrın 1-də Tərtər çayı üzərində yerləşən şəhərin əsas körpüsünün yanına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtərdə rayonunun Bəyimsarov kəndində dəfn olunub.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Yoldaşının dediyinə görə ailəcanlı, gülərüz, mehriban bir ailə başcısı idi.
Ata: Həsənov Məhəmməd Mənsim oğlu Ana: Həsənova Xublar Nəsir qızı Həyat yoldaşı: Həsənova Mehparə Sabir qızı Oğlu: Həsənov İlkin Zabil oğlu Qızı: Həsənova Nahidə Zabil qızı Oğlu: Həsənov Təmkin Zabil oğlu