Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Məmməd
Zöhrab Hümmətov 1984-cü il fevral ayının 1-də Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olub. O, Tovuz rayon Böyük Qışlaq kənd Gəray Nəsibov adına orta məktəbdən məzun olub.
Zöhrab Hümmətov müddətli həqiqi hərbi xidmətdən sonra gizirlik kursuna daxil olub və gizir kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə başlayıb.
O xidmət dövründə “Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli, “Şücaətə görə” medalları, həmçinin Azərbaycan ordusunun 90,95 100 illiyi yubiley medalları ilə təltif edilib.
Gizir Zöhrab Hümmətov 2022-ci il dekabrın 14-də Kəlbəcər rayonunda mina partlaması nəticəsində şəhid olub.
O təntənəli mərasimlə Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ailəli idi, 3 övladı yadigar qalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyününbərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Zöhrab Hümmətov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Hümmətov Məmməd Mirzə oğlu Ana: Hümmətova Adilə Novruz qızı Qardaş: Hümmətov Zahid Məmməd oğlu Qardaş: Hümmətov Zakir Məmməd oğlu Qardaş: Hümmətov Ziyad Məmməd oğlu Həyat yoldaşı: Hümmətova Nurlanə Rüstəm qızı Oğlu: Hümmətov Turan Zöhrab oğlu Qızı: Hümmətova Günel Zöhrab qızı Qızı: Hümmətova Gülnarə Zöhrab qızı