Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ələşrəf
Hüseynov Məhərrəm Ələşrəf oğlu 1983-cü il oktyabr ayının 11-də Cəlilabad rayonu Fərəcullalı kəndində anadan olmuşdur. Məhərrəm Hüseynov orta təhsilini Fərəcullalı kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məhərrəm Hüseynov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Məhərrəm Hüseynov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu Harov kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məhərrəm Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Hüseynov Ələşrəf Musa oğlu Ana: Nəzərova Sürəyyə Mehdi qızı Qardaş: Hüseynov Qurban Ələşrəf oğlu Qardaş: Hüseynov Ağaqulu Ələşrəf oğlu Qardaş: Hüseynov İmran Ələşrəf oğlu Bacı: Hüseynova Rəqibə Ələşrəf qızı Həyat yoldaşı: Hüseynova Roza Tahir qızı Qızı: Hüseynova Kəmalə Məhərrəm qızı Oğlu: Hüseynli Dəniz Məhərrəm oğlu