Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Fərhad
Hüseynov Sərhəd Fərhad oğlu 1996 -cı ilin aprel ayının 4-də Füzuli rayonunun Yağlavənd kəndində dünyaya göz açıb. Uşaqlıq illəri cəbhəyanı torpaqlarda keçib. Sərhədin bir arzusu olub - sərhədçi olmaq. Həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi xidmətçi olaraq vətənin keşiyində dayanıb. Ömrünün altı ilini Vətənə həsr edən Sərhəd 27 sentyabrda düşmənin hücumunun qarşısının alınması məqsədi ilə əks hücumdə həmləçi olaraq döyüşə qatılır.
Onun döyüş yolu ata-baba torpağı olan Füzuli istiqamətindən başlayır. Üç gün gərgin döyüşlərdə düşmənə ağır zərbələr endirilməsində Sərhəd də döyüşçü yoldaşları ilə birgə şücaət göstərir. Sentyabrın 29-da yaralanana iki hərbçi yoldaşını xilas edib, üçünü atəş xəttindən çıxaran zaman düşmən tərəfindən açılan snayper gülləsinə tuş gələrək şəhid olur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hüseynov Sərhəd ölümündən sonra “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, anasına bağlı, zarafacıl, xeyirxah və dostcanlı idi.
Ana: Həsənova Sevda Əbdül qızı