Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Hüseynbala
Şirbala Hüseynov 1990-cı il mayın 6-da Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun kapitanı olan Şirbala Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şirbala Hüseynov oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şirbala Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şirbala Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şirbala Hüseynov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Anası deyir ki, Şirbala hələ uşaq yaşlarından məğrurluğu, qürurlu olması ilə seçilib. Şirbala uşaqları çox sevirdi. Ailəli olan şəhidimiz ata olmağı çox arzulayırdı. Amma canından çox sevdiyi Vətən uğrunda şəhidliyə yüksəlməyi onun arzularının həyata keçməsinə imkan vermədi. Vətən müharibəsində qorxmazlığı və cəsurluğu ilə seçilən qəhrəmanlrımızdan biri idi.
Ata: Hüseynov Hüseynbala Şirbala oğlu Ana: Hüseynova Həcər Yadulla qızı Həyat yoldaşı: Ələkbərova Jalə Məhmməd qızı Qardaş: Hüseynov Samir Hüseynbala oğlu