Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Sakit
Bəhram Sakit oğlu İbrahimov 5 may1999-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində dünyaya gəlib.
Hələ uşaq yaşlarından valideynlərinə hərbçi olacağını, torpaqlarımızı işğaldan azad edəcəyinə söz vermişdi. Yaxınları onun döyüşə yollanarkən sevinərək, hətta oynaya-oynaya getdiyini bildirirlər.
Bəhram Vətən müharibəsi dövründə 30 sentyabr 2020-ci ildə hərbi xidmətə çağırılıb.Goranboy və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ötən il oktybarın 7-də gərgin döyüşlərin birində şəhadətə ucalıb. Bəhramın nəşi 2021-ci ilin yanvarında tapılaraq ailəsinə təhvil verilib.
Şəhid Bəhram İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Bəhram İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, ailəcanlı dürüst, alicənab, mərd oğul idi.
Ata: Feyzullayev Sakit Feyzulla oğlu Ana: İbrahimov Aytəkin Sayəddin qızı Qardaş: İbrahimov Səbuhi Sakit oğlu