Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Etibar
Elsevər Etibar oğlu İbrahimov 6 noyabr 1999-cu ildə Şəki rayonu Aşağı Genyaq kəndində anadan olub. Elsevər müharibənin ilk günlərində döyüş bölgəsinə yollanıb. Füzuli, Qubadlı və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabrda Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elsevər Etibar oğlu İbrahimov “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Elsevər Etibar oğlu İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit təbiətli, mehriban biri olub.
Ata: İbrahimov Etibar Rəşid oğlu Ana: İbrahimova Tükəzban Əhmədalı qızı Bacı: Rüstəmova Xatirə Etibar qızı Qardaş: İbrahimli Alişan Etibar oğlu