Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Zaur
Hikmət Zaur oğlu İbrahimov 23 iyun 2001-ci ildə Ucar rayonunun Qarabörk kəndində anadan olub. 2007-ci ildə Qarabörk kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 2016-cı ildə doqquzuncu sinfini bitirmişdir.
Hikmət İbraimov 25 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb. Oktyabrın 20-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə vəfat etmişdir.
Azərbaycan Prezindetinin Sərəncamlarına əsasən Hikmət İbrahimov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalalrı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Hikmət İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailənin deməsinə görə, Hikmət çox maraqlı uşaq idi. Onun çoxlu sayda dostları vardı. boş vaxtlarında dostları
İlə balıq tutmağa gedərdi . Hikmət ailəcanlı, bacarıqlı. İşgüzar bir oğul idi. Onun vətəninə , torpağına da çox böyük sevgisi vardı. Elə vətəninə olan sevgisi də onu vətəninin azadlığı uğrunda Şəhidlik zirvəsinə ucaltdı.
Ata: İbrahimov Zaur Məmməd oğlu Ana: İbrahimova Samirə Şiralı qızı Bacı: İbrahimova Gülnur Zaur qızı