Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Çərkəz
İsayev İsmayıl Çərkəz oğlu 24 aprel 2000- ci ildə Masallı rayonunda anadan olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu 100 nömrəli tam orta məktəbdə təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra Bakı İslam Universitetində təhsil almışdır.
Leytenant İsayev İsmayıl 19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu, Paprəvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsayev İsmayıl Çərkəz oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
İsmayıl İsayev Budo Döyüş Sənəti üzrə ikiqat dünya çempionu olub.
İsmayıl İsayev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin atıcılıq kursunu müvəffəqiyyətlə bitirib.
Şəhid leytenant İsayev İsmayıl İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Mərd, cəsur, qorxmaz insan idi.
Ata: İsayev Çərkəz Ağabəy oğlu Ana: İsayeva Səbinə Yasar qızı Qardaş: İsayev İsrail Çərkəz oğlu