Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Rəşad
Sadiq İsayev 14 mart 2003-cü ildə Salyan rayonu Arbatan kəndində anadan olub.
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Salyan rayonunun Arbatan kənd sakini, 2003-cü il təvəllüdlü əsgər İsayev Sadiq Rəşad oğlu şəhid olub. Daha sonra 19 yaşlı şəhid İsayev Sadiq Rəşad oğlu Salyan şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sadiq İsayev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Mehriban, ailəcanlı, cəsur insan idi.
Ata: İsayev Rəşad Əlipaşa oğlu Ana: İsayeva Firuzə Saleh qızı Qardaş: İsayev Rəvan Rəşad oğlu