Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Xalıq
Samir İslamov 1983-cü il fevralın 5-də Sumqayıt şəhərində anadan olub. Ailəli idi. Dörd övladı yadigar qaldı.
Azərbaycan Ordusunun kapitanı olan Samir İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir İslamov oktyabrın 9-da Talış döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir İslamov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Samir İslamov ölümündən sonra “III dərəcəli Rəşadət” və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Özünü ancaq hərbiyə həsr edən qəhrəman. Əsgərlərini sevən, qayğısına qalan, hər zaman onlar üçün narahat olan. Döyüş yoldaşlarının dediklərinə görə son tikəni təmənnasız bölüşən qəhrəman idi.
Ata: İslamov Xaliq Heybət oğlu Ana: İslamova Şaqalad İmaməddin qızı Həyat yoldaşı: İslamova Kifayət Ramil qızı Qızı: İslamzadə Ülviyyə Samir qızı Oğlu: İslamzadə İslam Samir oğlu Oğlu: İslamzadə İdris Samir oğlu Oğlu: İslamzadə Ömər Samir oğlu