Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: İsə
Elşən İsmayılov 25 mart 1997-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri Elşən İsmayılov Müharibə zamanı sürücü sanitar kimi hərbi xidmətini yerinə yetirib. Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatında döyüş yolu keçib. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə " Vətən uğrunda", "Cəsur döyüşçü", “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Elşən İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Gülərüz, sakit təbiyyətli, mədəni, mərifətli, tərbiyyəli, igid, cəsur, qorxmaz, vətənpərvər, ailəcanlı, mehriban, qohumcanlı insan idi. Şəhid Elşən İsmayılov sanitar-sürücü olmasına baxmayaraq döyüşlərdə iştirak etmiş, döyüş yodaşını xilas edərkən düşmən snayperi tərəfindən öldürülmüşdür.
Ata: İsmayılov İsə Cəbrayıl oğlu Ana: İsmayılova Kəsirə Mustafa qızı Bacı: Həsənova Günay İsə qızı Bacı: Abdullayeva Vüsalə İsə qızı Bacı: Qasımova Gülşən İsə qızı