Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: İsa
Fuad İsmayılov 1988-ci ildə Bərdə şəhərində anadan olub. Bərdə şəhər 2 saylı tam orta məktəbdə təhsil alıb.
2020-ci il Oktyabrın 28-də Ermənistan Ordusu Bərdə şəhərinə beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli raketlərlə atəş aşaraq daha bir alçaq cinayəti həyata keçirib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 4-ü qadın olmaqla, 20 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ermənistan Ordusunun Bərdəyə kasetli bombalarla hücumu zamanı dinc sakin Fuad İsmayılov həlak olmuş, Güloğlular kənd qəbiristanlığında dəfn edilmişdir.
Hörmətli müəllim, sayılıb-seçilən, zarafatcıl biri olub.
Ata: İsmayılov İsa İmamverdi oğlu Ana: İsmayılova Təbiət Gülməmməd qızı Bacı: İsmayılova Lalə İsa qızı