Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Əfqan
Nazim İsmayılov 7 oktyabr 1996-cı ildə Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub.
Nazim İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi. O, 2020-ci il iyulun 16-da Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.
İyulun 16-da Nazim İsmayılov, doğulduğu Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Qənirə Paşayeva və Səməd Seyidov qatıldı.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nazim İsmayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vətənpərvər, mərd ,cəsur, qeyrətli, ailəcanlı oğlu olub.
Ata:İsmayılov Əfqan Sadıx oğlu Ana: Əhmədova Sevda Camal qızı Bacı: Polyeva Şamama Əfqan qızı Qardaşı: İsmayılzadə İsmayıl Əfqan oğlu