Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Üzeyir
İsmayılov Rüstəm Üzeyir oğlu 29 avqust 1995-ci il tarixində Daşkəsən rayonunda anadan olub.Orta təhsilini İ. Nəsimi adına 1 saylı tam orta məktəbdə alıb. Hərbi xidmətini 2013-cü ildə ön xətdə yerləşən hərbi hissələrin birində keçib.
Rusiyada Psixologiya sahəsində ali təhsil alsa da, təhsilini yarımçıq qoyub Vətənə qayıdaraq hərbi xidməti seçib çalışmağı seçib.
Azərbaycan Ordusunun əsgəri olan İsmayılov Rüstəm Üzeyir oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 2 oktyabr 2020-ci il tarixində Vətən müharibəsinin Kəlbəcər-Murov istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.
Şəhid olduğu gündən 70 gün sonra, 17 dekabr 2020-ci il tarixində Rüstəmin ailəsinə onun Şəhidlik zirvəsinə yüksəldiyi xəbəri verildi, yaşadığı Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Döyüşlərdə göstərdiyi igidliklərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu İsmayılov Rüstəm Üzeyir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Sakit təbiətli, gülərüz, mehriban, ailəcanlı, qohumcanlı, mərhəmətli, zəhmətsevər, cəsur, vətənpərvər, igid, qorxmaz birisi olub
Ata: İsmayılov Üzeyir Bəndər oğlu Ana: İsmayılova Nubar Məcid qızı Qardaş: İsmayılov Emil Üzeyir oğlu