Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Ədalət
Sabir İsmayılov 16 iyun 1998-ci ildə Sabirabad rayonunda dünyaya gəlmişdir. O, İlk təhsilini Sabirabad şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbində almışdır. Sabir İsmayılov ailədə 4 bacının bir qardaşı idi.
Hərbi xidmətini döyüş bölgəsi olan Tərtərdə “N”saylı hərbi hissədə keçərək, pulemyotçu vəzifəsinə qədər yüksəlir. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra , o, yenidən geri dönmək, müddətdən artıq xidmətini davam etdirmək haqqında düşünüb. Sabir müharibə başlayanda ailədən xəbərsiz Sabirabad rayon Səfərbərlik Xidmətinə rəsmi müraciət edib, könüllü olaraq döyüşə getmək istədiyini bildirib. Sabir İsmayılov 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Suqovşan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
İsmayılov Sabir Ədalət oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
İsmayılov Sabir Ədalət oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
İsmayılov Sabir Ədalət oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
İsmayılov Sabir Ədalət oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu İsmayılov Sabir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Səmimi, mehriban, vətənpərvər bir insan olub. Orta məktəb vaxtlarından hərbçi olmaq arzusu idi.
Ata: İsmayılov Ədalət Ana: İsmayılova Təranə Nəcəfqulu qızı