Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Bəxtiyar
İsmayılzadə Əsgər Bəxtiyar oğlu 22.01.2000-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdur. 2005-ci ildə Yevlax rayonu V.Mövsümov adına Gülövşə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Əsgər orta məktəbdə sakit təbiətli, oxumağı və tərbiyəsi ilə seçilən, utancaq uşaq idi. İdmanla məşğul olurdu.
2014-cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Mingəçevir Turizm kollecinin ,,Nəqliyyatda daşımaların təşkili" fakültəsinə daxil olmuşdur.
2019-cu ildə kolleci bitirdikdən sonra O, vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedir. Hərbi xidmətini Cəlilabad rayonunda ,,N" saylı hərbi hissədə xidmət çəkən Əsgər, öz arzusu ilə xidmətini Xüsusi təyinatlı qüvvələrdə (XTQ) davam etdirib. Hərbi xidmətini bitirməyə 3 ay qalmış, 27.09.2020-ci ildə başlayan vətən müharibəsinin ilk günündən XTQ olaraq ön cəbhəyə yollanıb. Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
04.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhidimiz Yevlax rayon Gülövşə kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalıları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qoçaq insal olub
Ata: İsmayilov Bəxtiyar Nurəddin oğlu Ana: İsmayilova Səvər Ovçu qızı Bacı: İsmayilova Leyla Bəxtiyar qızı