Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Əkbər
İsmayılzadə Şəhriyar Əkbər oğlu 7 iyul 1994-cü ildə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində sadə zəhmətkeş bir ailədə dünyaya göz açıb.
Şirvan şəhər 12 saylı tam orta məktəbin 11-ci sinfini bitirib hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra öz ailəsinin yanına qayıdıb. 27 sentyabr 2020-ci il tarixində ll Qarabağ müharibəsi başladıqda könüllü olaraq torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Şəhriyar ailənin sonbeşik övladı idi. Çox cəsur, mərd, zəhmətkeş övlad olub. Cəbrayıl, Xocavənd, Füzuli və Şuşa şəhərlərinin alınmasında qəhrəmancasına vuruşub. 8 noyabr tarixində günorta saatlarında Şuşa ətrafında gedən döyüşlərdə şəhid olub. Şəhidimiz 10 noyabr 2020-ci il tarixdə Şirvan şəhər şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayılzadə Şəhriyar ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayılzadə Şəhriyar ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayılzadə Şəhriyar ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayılzadə Şəhriyar ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayılzadə Şəhriyar ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Ciddi, tərbiyəli, ağıllı, valideynlərini, ailəsini sevən, böyüklərə hörmət edən, torpağını və xalqını çox sevən, qayğıkeş. vətənpərvər oğul idi
Ata: İsmayılov Əkbər İsmayıl oğlu Ana: İsmayılova Fatimə Abhüseyn qızı Qardaş: İsmayılov İsmayıl Əkbər oğlu