Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Mustafa
Kazımov Ruslan Mustafa oğlu 16 noyabr 1988-ci ildə Ağstafa rayon Kolxəlfəli kəndində anadan olub.
Ağstafa rayon R.Əkbərov adına Kolxəlfəli kənd tam orta məktəbdə təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Ordusunun sıralarında hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun kiçik çavuşu Kazımov Ruslan Mustafa oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu Suqovuşanda yaralanıb və 25 iyun 2021-ci il tarixində dünyasını dəyişib.
Vətənpərvər, mərd, cəsur, qeyrətli, qoçaq insan olub.
Ata-Kazımov Mustafa İsak oğlu Ana-Kazımova Güləbatın İmran qızı Qardaş-Kazımov Mərdan Mustafa oğlu Bacısı-Kazımova İlhamə Mustafa qızı Bacısı-Kazımova Mahirə Mustafa qızı Həyat yoldaşı-İsmayılova Sevinc Vilayət qızı Qızı-Kazımova Fatimə Ruslan qızı Oğlu-Kazımov Hüseyn Ruslan oğlu Qızı-Kazımova Raya Ruslan qızı