Mumtəhənə” surəsinin təfsiri -5 15.09.2026
Qurani-Kərimdə Təbiət və Kainat Haqqında İfadələr: Müasir Elmi Biliklərlə Müqayisəli Tə...
İman elmi abad edir: elmin həyatı, inkişafı və insanın tərbiyəsində imanın rolu
Sizin "Sintezator Korg PA 50 SEMPLER" adlı elanınız təsdiq olundu və saytda yayımlandı.
İmam Əlinin (ə) hikmətli hökmü
Yeni ayın başlanması ilə bağlı açıqlama
Ata adı: Həsən
Xuduş Kazımov 1988-ci il sentyabrın 8-də Moskva şəhərində anadan olub.[1] 1995-2004-cü illərdə Gəncə şəhərində M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Gəncə Texniki Kollecində təhsil alıb. Ailəli idi. 5 yaşlı Fatma adına qızı və 2 yaşlı Əbdülkərim adına oğlu yadigar qaldı.
Xuduş Kazımov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xuduş Kazımov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xuduş Kazımov “Kəlbəcərin azad edilməsinə görə”, “Şücaətə görə”, “Vətən uğrunda” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
.Vətənpərvər, səbirli, ailəcanlı, təmkinli insan olub
Ata: Kazımov Həsən Əbdülkərim oğlu Ana: Kazımova Brilyant Sultan qızı Qardaşı: Kazımov Kazım Həsən oğlu Qardaşı: Kazımov Xəlil Həsən oğlu Həyat yoldaşı: Kazımova Əfsanə Xəqani qızı Qızı: Kazımzadə Fatma Xuduş qızı Oğlu: Kazımov Əbdülkərim Xuduş oğlu