Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Qabil
Lətifov Elməddin Qabil oğlu 1987-ci il oktyabr ayının 31-də Bərdə rayonu Xanağalı kəndində anadan olmuşdur. Elməddin Lətifov orta təhsilini Xanağalı kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Lətifov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Elməddin Lətifov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanmış, 2023-cü il sentyabr ayının 25-də Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzində dünyasını dəyişmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Lətifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Lətifov Qabil Sabir oğlu Ana: Lətifova Rəfiqə Alı qızı Qardaş: Lətifov Sabir Qabil oğlu Bacı: Lətifova Aysabah Qabil qızı Qardaş: Lətifov Nİyaməddin Qabil oğlu Həyat yoldaşı: Allahverdiyeva Şəbnəm Malik qızı Qızı: Lətifli Dərya Elməddin qızı Oğlu: Lətifzadə Qabil Elməddin oğlu