Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Elsevər
Mahmudov Seymur Elsevər oğlu 1991-ci il iyul ayının 12-də Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur. Seymur Mahmudov orta təhsilini Bakı şəhəri, Binəqədi rayonu 246 saylı liseydə almışdır.
Seymur Mahmudov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis alayının qulluqçusu Seymur Mahmudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insna idi.
Ata: Mahmudov Elsevər Teyfur oğlu Ana: Mahmudova Gülnarə Xəlil qızı Qardaş: Mahmudzadə Teymur Elsevər oğlu