Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Qnyaz
Mehdili Niftalı Qnyaz oğlu 1996-cı il mayın 15-də Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2020-ci il oktyabrın 13-də vəfat edib.2003-cü ildə Bərgüşad kənd məktəbində birinci sinfə gedib və 2011-ci ildə oranı bitirib. 2014-cü ildə Niftalı Mehdili həqiqi hərbi xidmətə yollanıb.2015-ci ildə xidmətini başa vurub.2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə könüllü şəkildə qatılıb. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Niftalı Mehdili ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalalrı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Niftalı Mehdili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Niftalı mülayim xarakterli, səmimi, zəhmətkeş, ailəcanlı işgüzar bir övlad idi. Ata-anasına. bacı- qardaşına qarşı olan sevgisi ilə öz yaşıdlarına nümunə olub.
Ata: Mehdiyev Qnyaz Yusif oğlu Ana: Mehdiyeva Şirmayə Məmməd qızı Qardaş: Mehdiyev Yusif Qnyaz oğlu Bacı: Məmmədova Vüsalə Qnyaz qızı Qardaş: Mehdiyev Fizuli Qnyaz oğlu Qardaş: Mehdili Qadir Qnyaz oğlu Qardaş: Mehdiyev Eyvaz Qnyaz oğlu