Cümə moizəsi Mövzu: Çətinliklər zamanı Allaha şikayət etmək
İslamın iki inam və dəyərləndirmə sistemi və onların arasındakı əlaqə. səsli kitab 2
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 30 Oktyabr 2026)
Bəqərə surəsi (77-83) - Hacı Rahib | Ruhunuzu dinləndirin
TÖVHİD SƏMAVİ DİNLƏRİN OXUDUR- Səsli kitab 1
Nəhcül-bəlağənin şərhi 10.28.2026
Ata adı: Mənsur
Mehdiyev Süleyman Mənsur oğlu 1992-ci ildə Ağdaş rayonunun Qarağan Şıxlar kəndində anadan olubdur. Orta təhsilini Qarağan-Şıxlar kənd orta məktəbində aldıqdan sonra Daxili Qoşunlarda kiçik çavuş rütbəsi xidmət etməyə başlamışdır.
Qüsursüz xidmətinə görə 2023- cü ildə fərqlənmə medalı ilə təltif edilmişdir.
O, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən Kəlbəcər istiqamətində gedən döyüşlərdə 11 yoldaşı ilə birlikdə şəhid olmuşdur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən Mehdiyev Süleyman Mənsur oğlu ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ölümündən sonra qızı dünyaya gəlmiş və yeni doğulmuş qızı ilə birlikdə iki övladı yadigar olaraq qalmışdır.
Ata: Mehdiyev Mənsur Hacıbala oğlu Ana: Mehdiyeva Fərqanə Məhəmməd qızı Qardaş: Mehdiyev Rəvan Mənsur oğlu Həyat yoldaşı: Mehdiyeva Günay Əliman qızı Oğlu: Mehdiyev Səid Süleyman oğlu Qızı: Mehdiyeva Oksana Süleyman qızı